Britaniya ABŞ-dan rekord həcmdə qaz alacaq

Britaniya ABŞ-dan rekord həcmdə qaz alacaq

Böyük Britaniyanın Baş naziri Rişi Sunak “COP27” iqlim dəyişikliyi sammitindən sonra ABŞ-la böyük qaz müqaviləsini elan etməyə hazırdır. London ümid edir ki, ABŞ gələn il ərzində təxminən 10 milyard kubmetr mayeləşdirilmiş təbii qaz verəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

Nəşrin məlumatına görə, sövdələşmənin müzakirəsi son mərhələdədir və bir-iki həftəyə elan ediləcək. Eyni zamanda, dəqiq həcmlə bağlı mübahisələr davam edir və sövdələşmə ictimaiyyətə açıqlananda konkret rəqəmin adının açıqlanmaması da mümkündür.

Teqlər: