Böyük Britaniya hakimiyyəti ölkənin enerji müstəqilliyinin
genişləndirilməsi çərçivəsində yeddi atom elektrik stansiyası tikə
bilər.
Trend xəbər verir ki, bu barədə Daily Telegraph qəzeti
Krallığının biznes, energetika və sənaye strategiyası naziri Kvazi
Kvartenqa istinadən məlumat yayıb.
“Enerjiyə gəlincə, biz 30, hətta 40 il qabağı düşünməliyik.
2050-ci ildə ola bilsək, o zaman İngiltərədə altı və ya yeddi bu
cür platformanın olacağının şahidi olacağıq. Bu, növbəti iki ildə
baş verməyəcək, lakin biz bunu özümüzə hədəf qoymuşuq”, – deyə
nazir qeyd edib.
Cümə axşamı açıqlanacaq yeni enerji təhlükəsizliyi strategiyası
hökumətdən kiçik modul reaktorlardan əlavə, 2030-cu ilə qədər ən
azı iki yeni böyük atom elektrik stansiyasının tikintisini
təsdiqləməsini tələb edəcək.