Britaniya 12 rus zabitə sanksiya tətbiq etdi

Britaniya 12 rus zabitə sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin 12 yüksək rütbəli zabitinə qarşı sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya hökumətindən məlumat verilib.

“Rusiya Silahlı Qüvvələrinin 12 yüksək rütbəli komandiri, o cümlədən Ukrayna şəhərlərinə zərbələr endirən bölmələr sanksiyalara məruz qalıb”, – sənəddə deyilib.

Qeyd edilir ki, sanksiyalar siyahısına daxil edilənlər içərisində 4-cü Tank Diviziyasının komandiri, polkovnik Yevgeni Juravlyov, 1-ci Tank Ordusunun raket və artilleriya qoşunlarının komandiri, polkovnik Georgi Şuvayev, 144-cü motoatıcı diviziyasının komandiri, general-mayor Oleq Çokov da var.

Teqlər: