“Brent” markalı neftin qiyməti 116 dollara çatıb

“Brent” markalı neftin qiyməti 2013-cü ilin avqustundan bəri ilk
dəfə olaraq bir barel üçün 116 dollara çatıb.

Trend xəbər verir ki, bu Londonun ICE birjasının
göstəricilərində əks olunub.

Belə ki, saat 06:49 üçün (Bakı vaxtı) bu markalı xam neftin
2022-ci ilin may ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti
1,82% artaraq 116,74 dollar/barel təşkil edib.


Saat 06:54 üçün (Bakı vaxtı) “Brent” markalı neftin qiyməti
3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 2,44%
artaraq bir barel üçün 113,30 dollar təşkil edib.

Teqlər: