Zaur Baxşəliyevin verilişlərinin bağlanacağı barədə iddia yayıldı: guya ölkədən xaricə gedəcəkmiş, ona görə də öz istəyi ilə proqramları yayımdan qaldırılırmış.
Bu barədə efirdə deyib və yaxud deməyib – ola bilsin ki, piar məqsədilə edilib, hər nədirsə, bir neçə gün media və sosial şəbəkələrin müzakirəsinə düşdü Zaur, onun adaşı və soydaşı…
Yalnız sayta buraxa bildiyimiz şərhlərin sayı onlarladır, buraxılması mümkün olmayan (təhqirlərə görə) münasibətlərin sayını hesablamaq isə mümkün deyil.
Sosial şəbəkələrdə də bəlkə yüzlərlə münasibət bildirilib: bircə dəstək, bircə rəğbət, bircə xoş söz yoxdur. Tək bir nəfərin bu verilişləri təqdir etməsi faktı qarşımıza çıxmadı – münasibət bildirənlər isə statistik vətəndaşdan tutmuş ziyalıya qədər, bütün təbəqələri əhatə etdi/edir!
Görəsən, Zaur və onun adaşı və soydaşı bu münasibətləri görmür, oxumur, izləmir? Necə ola bilər ki, ictimai aktiv kəsimin bu qədər sərt, tənqid sərhədlərini aşacaq səviyyədə ifadə edilən rəylərindən nəticə çıxarmırlar?
Və yaxud o verilişləri efirə verən TV rəhbərləri… Doğrudanmı elə hesab edirlər ki, bu qədər mənfi imicli verilişlərlə “reytinqi” saxlamaq daha vacibdir? Doğrudanmı intellektual kəsimi efir önündən qovmaqda bu qədər maraqlıdırlar və TV-ləri bu səviyyəyə endirməkdən mazaxistcəsinə zövq alırlar?
Əgər bu şəxslər efirin vazkeçilməzləridirlərsə, doğrudanmı TV rəhbərləri onların qabiliyyətindən daha məqbul istifadə yollarını axtarmaq, daha intellektual verilişlər ortaya qoymaq imkanlarını araşdırmaq istəmir? Və yaxud bu şəxslərin özləri niyə topladıqları kontingentə daha səviyyəli verilişlər təqdim etmək istəmirlər?
Onların özlərini “brend” adlandırmasında qətiyyən aşağılıq kompleksindən əziyyət çəkmələrini və peşəkarların nəzərində hansı kökdə olduqlarını anlamalarından dolayı yaşadıqları kompleksin təzahürlərini axtarmaqdan uzağam: səhv etmirəmsə, onlar “əməkdar adlar”a da layiq görülüblər – fəxri adları da, özləri haqda yüksək təsəvvürləri də haqq edirlər. Çünki təkcə bizim cəmiyyətdə deyil, elə bütün dünyada dəngələr dəyişib – artıq insanlar Kardaşyan olmaqdan xəcalət çəkib ölmür, əksinə, Kardaşyan olmağa can atır; artıq cinsi azlığın nümayəndələri Kanadanı idarə edir, o yekəlikdə Fransanın baş nazirliyinə də 34 yaşlı “gey” gətirilir və bu, beynəlxalq medianın manşetinə adi xəbər kimi daşınır; artıq Azərbaycan auditoriyasına da canlı efirdə “mən geyəm” deyən və müsahibi olan xalq artistini şoka salan jurnalist tapılır…
Dəyərlərin aşınması, genefondun məhvi, mentalitetin dağıdılması, kişiliyin əldən getməsi tendensiya halını alıb: artıq qədim peşənin sahibləri və xacələr sosial statuslarını təsdiqlətdikdən sonra ictimai-siyasi statuslar əldə etməyə girişiblər və bu, sürətlə bütün cəmiyyətləri deqradasiyaya uğratmaqdadır.
Ona görə biz də efirlərimizin Əliağa Vahidin məşhur beytində dediyi “kimsələrə” möhtac edilən dövründə yaşayırıq. Ancaq bu o demək deyil ki, əlimizi-qolumuzu sallayıb, bu keyləşən və geyləşən, məhz adına uyğun “maviləşən” virtual dünyaya müqavimət göstərməməliyik.
Hesab etmirəm ki, xüsusilə Şərqdə bu tendensiya qalib gələcək; əksinə, bəzi xristian ölkələrində artıq buna qarşı məmurlar səviyyəsində sərt münasibət başlayıb – məsələn, Rusiyada; Avropada isə ictimai əks-reaksiyalar “milli ruh oyanışı” deyil, aşırı millətçilik və hitlerizm səviyyəsinə keçir: yada salın ki, Hitler cinsi azlıqları yatdıqları yerdə SS-çilərə məhkəməsiz-qanunsuz-hüquqsuzcasına güllələdəndə xalqdan dəstək alırdı.
Yəni bu əxlaqsızlığın qarşısı fəsadları tam üzə çıxandan sonra mütləq alınacaq. Ancaq genefondumuzu məhv etmədən də bu prosesi dayandırmaq imkanımız olduğu halda, niyə hazırda mövcud olan ictimai etirazı dinləmədən efirlərimiz əxlaqsızlığı, ailə dəyərlərinin məhvini bu qədər şiddətlə icra edir, bu maraqlıdır! Onlar Azərbaycan xalqının sayının artmaması, Şuşanın sal qayalarına dırmaşmaq dərəcəsində Diri Ruhu öldürmək və dəyərlərimizi dağıtmaq üçün xaricdən dəstəklənən, bəzi hallarda maliyyələşən çox çirkin “mədəni ixracın” nə vaxta qədər birdəfəlik istifadəçisi olmağa davam edəcəklər?
Xalqın mövcudluğu passionarlığından asılıdır: bizim passionarlığımıza hücum edilir – bunu hamınız görürsünüz axı!
Bu idxalı bir anda dayandıra, efirləri qısa müddətdə təmizləyə, elə o Zaurlardan tamamilə fərqli istiqamətdə istifadə edə bilərik axı!
Əgər bu verilişlərin bağlanması ilə tamaşaçı itirəcəyini düşünən TV rəhbəri varsa, xahiş edirəm, dərhal istefa versin: çünki siz o qədər qeyri-peşəkar, o qədər savadsızsınız ki, intellektual verilişlərin hansı səviyyədə auditoriya toplamaq imkanı olduğunu anlamırsınız.