Braziliyalı futbolçu hakimə hücuma görə həbs olunub (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Braziliyanın Rio-Qrandi-du-Sul ştat çempionatında iştirak edən “SK San-Paulu” klubunun futbolçusu Uilyam Ribeyro hakimə hücum etdiyinə görə həbs olunub.

Trend-in məlumatına görə, insident “Quarani” – “SK San Paulu” matçının 61-ci dəqiqəsində baş verib.

Futbolçu hakim Rodriqo Krivellaroya zərbələr endirib, zərbələr nəticəsində hakim huşunu itirib və xəstəxanaya çatdırılıb.

U.Ribeyro polis tərəfindən saxlanılıb. Ona qarşı ölümə cəhd ittihamı irəli sürülüb.

Teqlər: