Braziliyada yük maşını avtobusla toqquşub, altı nəfər ölüb

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul əyalətində
yükavtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 12 nəfər
yaralanıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Globo” televiziya kanalı xəbər
verib.

Məlumata əsasən, qəza yük maşınının sürücüsünün idarəetməni
itirərək qarşıdan gələn zolağa çıxması nəticəsində baş verib.
Avtobusla toqquşduqdan sonra yük maşını şossedə hərəkəti
dayandıraraq aşıb, daha sonra minik avtomobili və mikroavtobus da
ona çırpılıb.