Braziliyada şirkətlərə peyvənd olunmamış işçilərini işdən çıxarmağa icazə verib

Braziliya Federal Ali Məhkəməsi (STF, konstitusiya məhkəməsi kimi fəaliyyət göstərir) işəgötürənlərə işçilərindən yeni növ koronavirus infeksiyasına qarşı peyvənd sertifikatı tələb etməyə icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin ali məhkəməsinin mətbuat xidməti bildirib.

Məəlumatda qeyd olunub: “Hakim Luis Roberto Barrozu Əmək və Pensiya Təminatı Nazirliyinin şirkətlərə işçini işə götürərkən və ya əmək münasibətlərini yeniləyərkən peyvənd olunması barədə təsdiq sənədini tələb etməyi qadağan edən əmrini qismən dayandırdı. Beləliklə, işəgötürənlərə işçilərindən təsdiqedici sənəd tələb etməyə icazə verilir”.

Hakimin fikrincə, peyvənd olunmamış işçilərin işdə olması “digər işçilərin sağlamlığı üçün təhlükə yarada bilər” və həmçinin müştərilər və kontagentlər üçün də sanitar risklərlə əlaqələndirilir.