Braziliyada sel nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb

Braziliyanın Petropolis şəhərində leysan yağışlarının səbəb
olduğu torpaq sürüşmələri və sel nəticəsində ölənlərin sayı 152
nəfərə çatıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Globo” telekanalı xilasetmə
xidmətlərinə istinadən bildirib.

Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara
bilib, 165 nəfər hələ də itkin düşmüş hesab olunur.

Axtarışlara 500 xilasedici, 200 polis əməkdaşı, o cümlədən
hərbçilər və könüllülər cəlb olunub.