Braziliyada polisin əməliyyatı zamanı 25 nəfər həlak olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Braziliyanın cənub-şərqindəki Minas-Jerais ştatında polisin keçirdiyi xüsusi əməliyyat zamanı azı 25 nəfər həlak olub.

Trend-in məlumatına görə, xüsusi əməliyyat bir neçə bankı qarət etmiş cinayətkar qruplaşmaya qarşı keçirilib.

Əməliyyat zamanı polislə qrup üzvləri arasında atışma baş verib. Nəticədə 25 silahlı zərərsizləşdirilib.


Polis qüvvələri əməliyyat zonasında qumbaralar, odlu silah, zirehi jiletlər və partlayıcılar müsadirə edib.