Braziliyada ötən sutka koronavirusdan 1 139 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 28 636 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 369 423 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 139 nəfər ölüb, ölənlərin ümumi sayı 391 936 nəfər təşkil edir.