Braziliyada ötən sutka koronavirusa 100 mindən arıq yoluxma qeydə alınıb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 108 732 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 632 443 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 324 nəfər ölüb, ölənlərin ümumi sayı 548 340 nəfər təşkil edir.