Braziliyalı epidemioloqlar koronavirusun “omikron” ştammının
yeni mutasiyasını aşkar ediblər.
Trend “Folha de S.Paulo” qəzetinə istinadən xəbər verir ki,
söhbət “omikron” ştammının BA.1 və BA.2 variantlarının
kombinasiyası formasında mutasiyasından gedir. Sözügedən mutasiya “Gisaid” beynəlxalq məlumat bazasında yoxdur.
İnfeksiyanın yeni növünün aşkar edildiyi biomaterial nümunəsi
fevralın 16-da San-Pauloda üç yaşlı uşaqdan götürülüb.
Qeyd edilir ki, “omikron”un yeni tam rekombinasiyasının
yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun
üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.
Hazırda Braziliyada koronavirusun üstünlük təşkil edən variantı “omikron”un BA.2 mutasiyasıdır ki, bu da ölkədəki bütün yoluxma
hallarının təxminən 70 faizini təşkil edir.