Braziliyada mağaranın çökməsi nəticəsində 9 yanğınsöndürən həlak olub

Braziliyanın San-Paulu ştatında mağaranın çökməsi nəticəsində 9 yanğınsöndürən həlak olub.

Trend xəbər verir ki, bu barədə məlumatı ştatın yanğınsöndürmə xidməti Twitter-də yayıb.

“9 nəfər ölüb, 1 nəfər xilas edilərək reanimasiya şöbəsinə yerləşdirilib”, – deyə məlumatda bildirilir.

İtambe mağarasının çökməsi səhər vaxtlarında yanğınsöndürənlər içəridə təlim keçdiyi zaman baş verib. Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, təlimlərdə 28 nəfər iştirak edib.

Teqlər: