Braziliyada koronavirusdan ölənlərin sayı 238 min nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 44 299 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 809 754 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 043 nəfər ölüb, ölənlərin ümumi sayı 238 532 nəfər təşkil edir.