Braziliyada koronavirusdan daha 2 656 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 66 964 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 725 975 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 656 nəfər ölüb, ölənlərin ümumi sayı 406 437 nəfər təşkil edir.