Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 67 009 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 586 534 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 087 nəfər ölüb, ölənlərin ümumi sayı 434 715 nəfər təşkil edir.