Braziliyada koronavirusda ölənlərin sayı 235 min nəfərə çatır

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 59 602 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 659 167 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 330 nəfər ölüb, ölənlərin ümumi sayı 234 850 nəfər təşkil edir.