Braziliyada koronavirusa yoluxanların sayı 9,28 milyon nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 54 096 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 283 418 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 210 nəfər ölüb, ölənlərin ümumi sayı 226 309 nəfər təşkil edir.