Braziliyada koronavirusa yoluxanların sayı 18,4 milyon nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 33 704 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 420 598 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 739 nəfər ölüb, ölənlərin ümumi sayı 513 474 nəfər təşkil edir.