Braziliyanın San-Paulu ştatında aramsız leysan nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Band nəşri məlumat yayıb.
Ölənlərn 19-nun şəxsiyyəti, o cümlədən 3 uşağın müəyyənləşdirilib. Qeyd edilir ki, ötən bazar günü regiona son bir aylıq yağıntı norması düşüb. Nəticədə yağıntı daşqınlara, torpaq sürüşmələrinə, evlərin, o cümlədən infrastrukturun dağılmasına səbəb olub.