Braziliyanın Petropolis şəhərində leysan yağışların səbəb olduğu
torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 195 nəfərə
çatıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Globo” televiziya kanalı xilasetmə
xidmətlərinə istinadən bildirib.
69 nəfər itkin düşmüş hesab olunur. Ölənlərdən ən azı 33 nəfəri
uşaq və yeniyetmələrdir. Xilasetmə və axtarış əməliyyatı səkkizinci
gündür ki, davam edir. Güclü külək və yağışla axtarışları
çətinləşdirir.