Braziliyanın San-Paulu ştatında yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir.
Yağışların fəsadları ilə mübarizəyə hərbçilər də cəlb olunub.
Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.