ABŞ-da güclü partlayış: ölənlər var

ABŞ-da güclü partlayış: ölənlər var

ABŞ-ın Florida ştatında qaynaq sexinin ərazisində partlayış, ardınca isə yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə NBC Mayami telekanalı məlumat yayıb.

“ABŞ-ın Mayami-Deyd qraflığında, Medley şəhərində qaynaq sexinin binasını və bir neçə avtomobili əhatə edən partlayış və böyük yanğın nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb”, – məlumatda deyilir.

Yanğının bir neçə saatdan sonra söndürüldüyü bildirilib.

Teqlər: