Braziliyada daşqınlar 30-dan çox insanın ölümünə səbəb olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Braziliyanın Rio-de-Janeyro ştatında şiddətli yağışlar və
onların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 35
nəfər həlak olub.

Trend-in
məlumatına görə, təkcə Petropolis şəhərində 170-dən çox sürüşmə
qeydə alınıb, 80 yaşayış binasına ziyan dəyib.

Qeyd olunur ki, ötən gün şəhər ərazisinə 6 saat ərzində bir
aylıq yağıntı norması düşüb.


Petropolis şəhərində fövqəladə vəziyyət elan edilib.
Axtarış-xilasetmə işlərinə 180 xilasedici cəlb edilib.