Braziliyanın şərqində, Kapitolio bölgəsində nəhəng qaya parçası massivdən qoparaq buxtada olan türistlərin üzərinə düşüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, həmin vaxt qaya parçasının altında onlarla insan olub. Ərazidəki buxta katamaran sürmək üçün populyar yerlərdən biridir.
Nəticədə katamaran və qayıqların bəziləri su altında qalıb, bəzilərini güclü dalğa vurub. Hadisə nəticəsində azı 5 nəfərin öldüyü, ən azı 32 nəfərin yaralandığı məlum olub.
Braziliyanın turizm naziri Gilson Machado artıq həlak olanların və yaralananların ailələrinə başsağlığı verib və bildirib ki, müvafiq qurumlar hadisənin səbəblərini araşdırmaq və lazımi yardımı göstərmək üçün lazımi tədbirlər görür.