Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) kommersiya məqsədli çatdırılma üçün pilotsuz uçuş aparatlarından istifadəyə icazə verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, söhbət 2,5 kq-a qədər yüklə 3 km-ə qədər məsafədə operatorun görmə xəttindən kənara uça biləcək Speedbird Aero şirkətinin DLV-1 NEO modelli dronlarından gedir. Bu cihazların köməyi ilə müxtəlif növ yüklərin, o cümlədən ərzaqların daşınması mümkün olacaq.


Bununla belə, operatorlar maksimum uçuş hündürlüyü məhdudiyyətlərinə riayət etməli, hava şəraitini nəzərə almalı, insanların üzərindən uçmaq qadağasına riayət etməli və dronların işinə təsir edə biləcək elektromaqnit şüalanma zonasına düşməkdən çəkinməlidirlər.