Braziliya şirkəti Lavrovun təyyarəsi üçün yanacaq vermədi

Braziliya şirkəti Lavrovun təyyarəsi üçün yanacaq vermədi

Braziliya şirkəti Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsini yanacaqla təmin etməkdən imtina edib.

AzerTimes xəbər verir ki, Rio-de-Janeyroda keçirilən G20 sammitində iştirak edən Rusiya xarici işlər naziri Braziliya Prezidenti Lula da Silva ilə görüş üçün oradan dərhal paytaxt Braziliyaya uça bilməyib.

Braziliya operatoru ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək riski səbəbindən Rusiya nazirinin təyyarəsinə yanacaq verməkdən imtina edib.

Nəhayət, Braziliya tərəfi Lavrovu da Silva ilə görüşə Braziliyanın xarici işlər naziri Mauro Vieyranın təyyarəsində uçmağa dəvət edib.

Teqlər: