Braziliya prezidenti Jair Bolsonaro kiçik qızı Lauranı koronavirusa qarşı peyvənd etdirmək niyyətində deyil.
AzerTimes-ın məlumatına görə, bunu Braziliya prezidenti “Facebook” səhifəsindəki canlı yayımda deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ölkədə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasının qaydasını yanvarın 5-i təsdiqləyəcək.
“Biz bunu səhiyyə naziri Marselo Keyroqa ilə müzakirə edirik. Yanvarın 5-i o, uşaqların peyvənd edilməsi qaydasını müəyyən etməlidir. Ümid edirəm ki, məhkəmə bu işə müdaxilə etməyəcək. Ona görə ki, qızıma peyvənd vurulmayacaq və mən istəyirəm ki, hamı bunu başa düşsün. Onun 11 yaşı var”, – deyə J.Bolsonaro bildirib.