BRAVO “Set” məhsulları ilə satış proseslərini avtomatlaşdırır

Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan BRAVO “Set” məhsulları ilə satış proseslərini avtomatlaşdırır.

BRAVO supermarketlər şəbəkəsi kassa həllini yeniləyib. Bu gün şəbəkənin 88 mağazasında kassirlər interfeysi Azərbaycan dilinə tərcümə edilmiş “Set Retail” sistemində sensorlu kassalarda işləyir. Kassa proqram təminatının dəyişdirilməsi ilə riteyler bir anda bir neçə problemi həll edib: daxili IT sistemləri arasında məlumat mübadiləsini sabitləşdribi, marketinq kampaniyaları üçün yeni vasitələr əldə edib və açıq “Set Retail API” sayəsində biznesin inkişafı üçün yeni xidmətləri birləşdirə bilir. İlk uğurlu pilot “Smile Pay” xidməti vasitəsilə ödəniş üçün üz tanıma sistemidir.

Yeniləmə üçün səbəblər

Əvvəlki kassa proqramı funksional dəyişikliklərin tətbiq sürəti üçün şəbəkənin tələblərinə cavab vermirdi. Bunun əvəzinə asanlıqla miqyaslana bilən, digər informasiya sistemləri ilə sabit məlumat mübadiləsinə zəmanət verən və daim inkişaf edən həll yolu axtarırılırdı. Bu həll CSI şirkəti tərəfindən təklif edilib. Layihə 2020-ci ildə başlayıb və dil əngəli və ciddi pandemiya məhdudiyyətlərinə baxmayaraq, CSI mütəxəssisləri BRAVO nümayəndələri ilə birlikdə onu uğurla hazırlayıb həyata keçiriblər.

Sistemlərin hazırlanması və inteqrasiyası

Həll yerli fiskal qanunvericiliyə uyğunlaşdırılıb, həmçinin CSI üçün ilk dəfə olaraq başqa dilə tam tərcümə edilib. “Set Retail”, “Set ESB” məlumat şini vasitəsilə ERP GOLD ilə inteqrasiya edilib. Kassada elektronikanın taksit satışı variantını dəstəkləmək üçün “Set Retail”in yerli bankla inteqrasiyasını əlavə olunub.

Layihənin nəticələri

Əməkdaşlar və kassirlər rahat interfeysi qeyd edir. Kassalar stabil işləyir, mallar və qiymətlər haqqında məlumatlar fasiləsiz yüklənir, dəstək xidmətinə müraciət olunan insidentlərin sayı azalıb. “Set” pulsuz komponentlər üzərində işləyir, bu da “Windows” lisenziyaları və antivirusların alınmasında qənaət edir. BRAVO mağazalar şəbəkəsində ümumilikdə 683 kassa var.

“Set Retail” kassa həlli quraşdırılmış loyallıq blokuna malikdir. Bu, aparıcı riteylerlərin təcrübəsindən ən populyar mexanikanı özündə cəmləşdirir və marketinq təşəbbüslərinin həyata keçirilməsində BRAVO-nun ehtiyaclarını tam qarşılayır.

Riteyler aksiyanın neçə dəfə işlədiyinə nəzarət edən “məhdudiyyət xidmətindən” istifadə edir. Bu, tədarükçülərlə hesablaşmaları asanlaşdırır, mal qalıqlarını, əməkdaşlar və müştərilər tərəfindən sosial proqramların həyata keçirilməsi zamanı sui-istifadə hallarını aradan qaldırır. BRAVO-nun təqaüdçülər və sosial təminat alanlar üçün endirim proqramı mövcuddur. Əlavə “Set Loyalty” paketi ilə riteyler öz müştəri məlumat bazasını yarada və onunla tam şəkildə işləyə bilər.

Şəbəkə proseslərin ümumi modernləşdirilməsi zamanı 2020-ci ildə cəmi 3 həftə ərzində Moskvanın “AdinAdin” şirkətinin mütəxəssislərinin köməyi ilə internet mağazanı işə saldı.

“Set” xəttinin həlləri və xidmətləri riteylerin gələcək inkişaf strategiyasını dəstəkləyir. Onların arasında onlayn sifarişlərlə işləmək üçün alətlər, loyallıq proqramı üçün genişləndirilmiş seçimlər, “Set Prisma” kassa əməliyyatlarına nəzarət sistemi və daha çox şey var.

Şirkət haqqında məlumatlar

CSI (Crystal Service Integration) 28 ildir ki, iri pərakəndə satış şəbəkələri üçün həllər yaradır: o, pərakəndə ticarətin avtomatlaşdırılması üçün proqram təminatı hazırlayır və tətbiq edir, özünün və aparıcı dünya istehsalçılarının kassa avadanlığı ilə təchiz edir və xidmət dəstəyi göstərir. CSI məhsullarından Rusiya və MDB ölkələrində 300-dən çox pərakəndə satış şəbəkəsi, 13 min mağaza istifadə edir.

CSI-nin əsas məhsulu pərakəndə avtomatlaşdırma həlli olan “Set Retail”dir. “Set Retail”ə əsaslanan layihələr və həllər pərakəndə satış şəbəkəsinə müştərilərə səmərəli xidmət göstərmək, müştərilərlə ünsiyyət qurmaq və gəlirləri artırmaqda kömək edir. CSI riteyl bazarı tendensiyalarına, pərakəndə satış şəbəkələrinin aktaul tələblərinə və qanunvericilikdəki dəyişikliklərə diqqət yetirərək, məhsullarının funksionallığını daim inkişaf etdirir.

“Set Prisma” kassa əməliyyatlarına nəzarət sistemi kassa qovşağında maliyyə fırıldaqları və kassirlərin səhvlərini tez bir zamanda müəyyən etməyə və aradan qaldırmağa imkan verir.

www.crystals.ru

Teqlər: