“Braqa”ya qarşı ciddi hazırlaşmışıq – Qurbanov

“Braqa”ya qarşı ciddi hazırlaşmışıq – Qurbanov

Çox güclü və dinamik komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, sabahkı matçda keyfiyyətli oyun sərgiləyəcəyik.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Portuqaliya “Braqa”sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Əlli bir yaşlı mütəxəssis sabahkı görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“İstəkli rəqibə qarşı oynayacağıq. Arxayınlaşmaq olmaz. Onlar da turnirdə daha irəli getmək istəyirlər. Hazırda statistikalara deyil, sabahkı matça fikrimizi yönəltməliyik”.

O, üstünlüyün “Braqa”nın tərəfində olduğunu söyləyib:

“Biz də əlimizdən gələni edəcəyik. Təslim olmaq istəmirik. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Teqlər: