BQXK-nin 4 maşını Xankəndiyə buraxıldı

BQXK-nin 4 maşını Xankəndiyə buraxıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

AzerTimes xəbər verr ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə 4 avtomobil ərazidən keçid edib. Onlardan 3-ü BQXK-ya məxsusdur.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Hər 4 avtomobil eyni vaxtda hərəkət edib.

Qeyd edək ki, bu gün BQXK-ya məxsus avtomobillər vasitəsilə Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

Teqlər: