BQXK erməni əsirlərlə bağlı məlumat yaydı

BQXK erməni əsirlərlə bağlı məlumat yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ötən il Ermənistan-Azərbaycan müharibəsində əsir düşmüş ermənilərin ailələrinə 1550 mesaj göndəriblər.

AzerTimes xəbər verir ki, bu barədə BQXK-nın illik hesabatında deyilir.

Komitə 2020, 2021 və 2022-ci illərdə münaqişənin kəskinləşməsindən sonra Ermənistandan 309 nəfərin hələ də itkin düşdüyünü qeyd edib. BQXK nümayəndələri münaqişənin gərginləşməsi ilə əlaqədar əsirlərə mütəmadi olaraq baş çəkməkdə davam edir.

BQXK əsirlərə ailələri ilə məktublar, telefon zəngləri, video və audio kommunikasiyalar vasitəsilə əlaqə saxlamağa kömək edir.

Qeyd olunur ki, İrəvandakı BQXK-ya itkin düşənlərin ailələrindən 6 mindən çox müraciət daxil olub. 62 ailə itkin düşmüş qohumlarının taleyini öyrənmək və açıq axtarış sorğusu ilə BQXK-ya müraciət edib, daha 63 ailə yaxınları haqqında məlumat ala bilib.

Hazırda Bakı 33 nəfərin əsir götürüldüyünü təsdiqləyir. Lakin erməni tərəfinin məlumatına görə, onların sayı xeyli çoxdur. Hüquq müdafiəçilərinin məlumatına görə, 80 nəfər Azərbaycanda əsirlikdədir.

Teqlər: