Türkiyə yeni PUA-sını nümayiş etdirdi

Türkiyə yeni PUA-sını nümayiş etdirdi

Türkiyənin “Turkish Aircraft Industries” şirkəti PUA ANKA-3-ü nümayiş etdirib.

AzerTimes xəbər verir ki, bu barədə “Drive” portalı məlumat yayıb.

Məlumata görə, ölçülərinə görə yüngül qırıcı ilə müqayisə oluna bilən bu təyyarə zərbələr, müşahidə missiyaları və elektron müharibədən istifadə üçün nəzərdə tutulub:

“Dronun digər vəzifələri hava hücumundan müdafiə sistemlərinin sıxışdırılması və məhv edilməsidir. Təkmühərrikli ANKA-3-ün Türkiyənin qabaqcıl gizli qırıcı TF-X ilə birlikdə istifadəsi planlaşdırılır. Sistemlər və döyüş sursatları həm dronun daxili bölməsində, həm də xarici asılqanlarda yerləşdirilə bilər.

Sınaq nəticələrinə əsasən ANKA-3 havaqəbuledicinin konstruksiyası dəyişdirilə bilər”.

Teqlər: