bp və tərəfdaşları Adaptiv Strateji İdarəetmə Proqramını dəstəkləməkdə davam edirlər

bp və onun Azərbaycanda əməliyyatçısı olduğu layihələrdəki
tərəfdaşları biznes təhsili üzrə qabaqcıl beynəlxalq təcrübənin
Azərbaycana gətirilməsi məqsədli bir sosial sərmayə layihəsi olan
Adaptiv Strateji İdarəetmə Proqramına öz dəstəklərini davam
etdirirlər. Bu layihə ölkədə biznes idarəetmə təhsili üzrə mövcud
tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı
çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.
Layihəni ABŞ-də yerləşən “Korn Ferry” beynəlxalq təlim şirkəti ADA
Universiteti ilə tərəfdaşlıqda həyata keçirir.

Bu gün layihə çərçivəsində iki yeni qrupun təlimlərə başlaması
ilə əlaqədar ADA Universitetində tədbir keçirilib. Yeni qruplarda
ümumilikdə 42 nəfər iştirakçı olacaq. Bundan əvvəlki ilk dörd
qrupun umumilikdə 78 nəfər iştirakçısı təlimləri uğurla
bitirib.

Yeni qrupların təlimləri bu ilin sonunadək davam edəcək.
Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin (ABŞ)
Fuqua Biznes Məktəbinin sertifikatları verilir.

Adaptiv Strateji İdarəetmə Proqramının əsas diqqəti fəaliyyət
göstərdikləri konteksti müntəzəm olaraq qiymətləndirməyi və ona
çevik şəkildə reaksiya verməyi bacaran biznes rəhbərlərinin
inkişafına yönəlib. Beynəlxalq miqyasda tanınmış bu proqramı
Azərbaycana ilk dəfə olaraq gətirməkdə məqsəd sürətlə dəyişən
biznes mühitində təşkilatların öz hədəf və strateji məramlarına
doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu
fəaliyyətini davam etdirməsi üçün bu cür dəyişikliklərə
uyğunlaşmalrına kömək etməkdir.

Teqlər: