BP son 10 ildə ilk dəfə ili zərərlə başa vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

BP şirkəti 2020-ci ili 5,69 milyard dollar zərərlə başa vurub.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin 2020-ci il üzrə maliyyə hesabatında deyilir.


Enerji nəhəngi son 10 ildə ilk dəfə zərərlə üzləşib. Ötən ilin dördüncü rübündə BP-nin itkiləri 115 milyon dollara bərabər olub.