bp “Şahdəniz-3” çərçivəsində quyunun qazılması üçün ilkin işlər barədə

Biz “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin üçüncü
mərhələsi çərçivəsində kəşfiyyat quyusunun qazılmasını
planlaşdırırıq.

Bunu Trend
bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Qazma işlərinin başlama müddəti dəqiqləşdirilir. İşlər bu il və
ya gələn il başlaya bilər. Hazırda hesablama, texniki
qiymətləndirmə işləri aparılır. Qazma işlərinin aparılacağı yer
müvafiq təhlildən sonra dəqiqləşdiriləcək. Kəşfiyyat qazması
ehtiyatların olduğu yerin perimetrini müəyyənləşdirməyə və bundan
sonra mümkün hasilat həcmləri barədə rəy bildirməyə imkan verəcək”,
– deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ilin birinci rübündə “Şahdəniz” yatağında
6 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (9 milyon
barel) kondensat hasil edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: