bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti
Qordon Birrel Azərbaycanda səfərdədir.
Şirkətdən AzerTimes-a bildirilib ki, bu, Birrelin Bakıya mütəmadi
etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar
səfərdir.
Qordonun səfər proqramında bp-nin regional rəhbərliyi ilə
görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu
enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və
gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində cənab Birrel həmçinin bu gün SOCAR-ın ofisinə
baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.