bp Azərbaycan iqtisadiyyatına 84 milyard dollar investisiya qoyub – Qordon Birrel

bp şirkəti fəaliyyəti müddətində Azərbaycan iqtisadiyyatına 84
milyard dollar investisiya qoyub.

Trend-in məlumatına görə, bunu bp-nin
əməliyyatlar və hasilat üzrə icraçı vitse-prezidenti Qordon Birrel
Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, bp Azərbaycanı neft-qaz layihələrinin
inkişafında dəstəkləyəcək.

“Bu il biz Azərbaycan iqtisadiyyatına investisiya qoymağın və
əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu cür uzun müddət ölkə
iqtisadiyyatının sabitliyinin göstəricisidir. Biz
Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” kimi layihələrə investisiyalar
qoymuşuq”, – deyə o bildirib.

Q.Birrel vurğulayıb ki, Azərbaycan iqtisadiyyatına
investisiyaların sabitliyini təmin edən amil enerji
infrastrukturunun inkişafı, neft-qaz ehtiyatları hasilatının daimi
xarakter daşıması, eləcə də “yaşıl” enerjiyə keçid üzrə
genişmiqyaslı layihələrin olmasıdır.

“Biz 2030-cu ilədək enerji sahəsinə investisiyaları 50 faizədək
azaldıb, “yaşıl” texnologiyalar sahəsinə artırmağı planlaşdırırıq”,
– o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: