Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi

Böyük zərbə: Bu şirkət Rusiya ilə əlaqələri kəsdi

Rusiyanın Ukraynaya müharibəsi və Kremlə qarşı tətbiq olunan sanksiyalar fonunda Fransanın GTT (Gaztransport & Technigaz) mühəndislik şirkəti Rusiyada işlərini dayandırdığını elan edib.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

“Rusiyanın “Zvezda” şirkəti ilə 15 buzqıran qaz daşıyıcısının tikintisinə dair müqavilə çərçivəsində əməkdaşlığa da son qoyulub. Qərar AB-nin səkkizinci və doqquzuncu sanksiyalar paketində nəzərdə tutulan məhdudiyyətlərə görə qəbul edilib. 2023-cü il yanvarın 8-dən etibarən “Zvezda” ilə müqavilə dayandırılacaq”, – məlumatda deyilib.

Teqlər: