Böyük təhlükə: Yerə 30 min asteroid yaxınlaşır

Böyük təhlükə: Yerə 30 min asteroid yaxınlaşır

Yerə yaxınlaşan asteroidlərin sayı 30 mini keçib.

AzerTimes xəbər verir ki, bu barədə NASA analitikləri məlumat verib.

Məlumata görə, bu kosmik obyektlər Yerə çırpıla bilər və onların toqquşması planeti qlobal fəlakətlə təhdid edir.

“Bu asteroidlər Yerin orbital yolundan təxminən 45 milyon km məsafədə yerləşir. Hazırda yeni aşkar edilən 400 obyektin 50-nin ölçüsü 140 metrdən böyükdür. Bu ölçüdə olan asteroidin biri bütöv şəhəri məhv edə bilər. Bir asteroidin isə diametri 1 km-dir ki, onun düşməsi daha böyük bir sahənin məhv olmasına gətirib çıxara bilər”, – məlumatda qeyd olunub.

Bildirilib ki, bütün asteroidlər Avropa Kosmik Agentliyinin Yerə Yaxın Obyektlərin Koordinasiya Mərkəzi (NEOCC) və NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqat Mərkəzi (CNEOS) tərəfindən izlənilir.

Teqlər: