Böyük Britaniyada ərzaq qiymətləri rekord həddə çatıb

Böyük Britaniyada ərzaq qiymətləri ilin əvvəlindən 4,5%
artıb.

Trend “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu son on ilin ən
pis göstəricisidir.

Qeyd olunur ki, pərakəndə ticarət şəbəkələri inflyasiyanın
artması səbəbindən qiymətləri artırmağa davam edirlər. Ən çox artım
quş əti və yağın qiymətində müşahidə olunur.

Böyük Britaniya enerji qiymətlərinin artması və Ukraynadakı
vəziyyətə görə beynəlxalq təchizat zəncirlərinin pozulması fonunda
böhran üzləşib. Belə ki, ölkədə illik inflyasiya doqquz faizədak
artıb. Bu son 40 ilin rekord göstəricisidir.