Böyük Britaniyada atışma olub, ölənlər və yaralananlar var

Böyük Britaniyanın Plimut şəhərində atışma baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: “Avqustun 12-si təxminən saat 18:10-da Plimutun Kihem rayonunun Biddok-drayv küçəsində odlu silahdan istifadə ilə ciddi insidentlə bağlı məlumat daxil olub. Hadisə yerinə hüqu-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib”.


Bildirilir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.