Böyük Britaniya şirkətlərinin Azərbaycanın qovşaq kimi mövqeyindən yararlanmaq imkanları müzakirə olunub

Ələt Azad İqtisadiyyat Zonasının Sədri Valeh Ələsgərov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib.

Səfir bildirib ki, bu gün Ələt Azad İqtisadiyyat Zonasının Sədri Valeh Ələsgərovla yaxşı bir görüşümüz oldu. Böyük Britaniya şirkətlərinin Azərbaycanın Qafqaz-Xəzər qovşağı kimi mövqeyindən yararlanmaq imkanlarını müzakirə etdik

Teqlər: