Böyük Britaniya Ukraynada keçirdiyi hərbi əməliyyatlarla
əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaların siyahısını
genişləndirib.
Trend-in
məlumatına görə, yeni sanksiyalar paketi Rusiyanın hökumət və
regional hakmiyyət orqanları, iri biznes nümayəndələri, parlament
üzvlərininin daxil olduğu 370-dən çox şəxsi əhatə edir.
Qeyd olunur ki, adı sanksiya siyahısında olan şəxslərin Böyük
Britaniyaya daxil olması qadağan edilir və Böyük Britaniyada aşkar
olunan aktivləri dondurulur.
Yeni sanksiyalar Rusiyanın baş naziri Mixail Mişustin,
Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, müdafiə
naziri Sergey Şoyqu, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, baş
nazirin müavinləri Marat Xusnullin və Dmitri Çernışenko, Prezident
Administrasiyasının rəhbəri Anton Vayno, kənd təsərrüfatı naziri
Dmitri Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev,
nəqliyyat naziri Vitali Savelyev, Moskva meri Sergey Sobyanin,
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov, Hərbi-Dəniz
Qüvvələrinin komandanı Nikolay Yevmenov, Hərbi-Kosmik Qüvvələrinin
komandanı Sergey Surovikin və onun müavini Sergey Dronov, Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və
Rusiya prezidentinin Dmitri Peskovla onun ailə üzvlərinə tətbiq
olunub.