“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı
çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla
görüşüb.

Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər barədə
müzakirələr aparılıb, ötən ay icra edilmiş qarşılıqlı fəaliyyət
planı təhlil edilib. Həmçinin mentor tərəfindən karyera planlaması,
əsas səmərəlilik göstəricilərin təyin edilməsi metodları, işçilərin
qiymətləndirilməsi və idarəetmədəki roluna dair suallar
cavablandırılıb, şəxsi səmərəlilik və özünü inkişafa dair bir sıra
ədəbiyyat siyahısı tövsiyyə edilib. Daha sonra qarşılıqlı maraq
doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, növbəti bir ay
üçün fəaliyyət proqramı planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual
səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər
şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr
ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis
olunub.

Teqlər: