Böyük Britaniya ilə İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatı barədə saziş imzalanıb

Böyük Britaniya ilə İsveç arasında qarşılıqlı təhlükəsizlik
təminatı barədə saziş imzalanıb.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya baş naziri Boris
Consonun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, sənədi B.Consonla İsveçin baş naziri Maqdalena
Andersson imzalayıb.

Analoji sənədin bu gün Böyük Britaniiya ilə Finlandiya arasında
da imzalanması nəzərdə tutulur. Bunun üçün B.Consonun bu gün
Finlandiyaya yola düşəcəyi gözlənilir.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq niyyətində
olduğunu bildirib.