Böyük Britaniya hakimiyyəti koronavirus təhlükəsi səviyyəsini aşağı salıb

Böyük Britaniya hakimiyyəti koronavirus ilə bağlı təhlükə
səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə endirib
(ümumilikdə beş səviyyədir).

AzerTimes-ın
məlumatına görə, bu barədə qərar İngiltərə, Şimali İrlandiya, Uels
və Şotlandiyanın baş həkimləri tərəfindən elan edilib.

“Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin
tövsiyələri fonunda, biz [Birləşmiş Krallığın müxtəlif
hissələrinin] Baş Tibb Mütəxəssiləri və İngiltərə Milli Səhiyyə
Xidmətinin Baş Tibb Mütəxəssisi razılaşdıq ki, təhlükə 4-cü
səviyyədən 3-cü səviyyəyə qədər aşağı salınmalıdır”, – deyə qərarda
qeyd olunub.

Eyni zamanda, Britaniyanın baş tibb işçiləri koronavirus
infeksiyasının yeni ştammlarının, xüsusən BA.4, BA.5 və BA2.12.1-in
yayılması səbəbindən yoluxanların sayının artması ehtimalı barədə
xəbərdarlıq ediblər.