Nazir Rəşad Nəbiyev Ucarda gənclərlə görüşüb (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ucar
şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Göyçay,
Ağdaş və Zərdab rayonlarında yaşayan, informasiya texnologiyaları,
innovasiyalar və rəqəmsal inkişaf sahəsində fəal olan gənclərlə
görüş keçirib.

Görüşdə İKT sektorunda baş verən yeniliklər, rəqəmsal
bacarıqların artırılması yolları və gənclərin bu fəaliyyətdə rolu
müzakirə olunub.

Eyni zamanda gənc nəslin intellektual səviyyəsi və fəallığı ilə
ölkəmizdə innovativ mühitin formalaşdırılmasına öz töhfəsini
verəcəyinə əminlik ifadə olunub.

Teqlər: