Böyük Britaniya Azərbaycanla daha da səmərəli əməkdaşlığa ümid edir – Baronessa Nikolson (FOTO)

Böyük Britaniya Azərbaycanla daha da səmərəli əməkdaşlığa ümid
edir.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniya Baş nazirinin
Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan
ilə Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının
30-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O, iki ölkə arasında təkcə enerji sahəsində deyil, bir çox digər
sahələrdə də daha çox müqavilələr bağlanacağına ümidvar olduğunu
bildirib.

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi səmərəli
görüşlərə və müzakirələrə görə Azərbaycan Prezidentinə və
Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlığını
bildirib.

Teqlər: